Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampla Ukrayna münaqişəsinin həlli planını müzakirə etməyə hazır olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barə "Fox News"a müsahibəsində danışıb.
O vurğulayıb ki, əgər Ağ Evin keçmiş rəhbərinin konkret sülh planı varsa, o zaman bu barədə danışa bilər.
"Gəlin onunla danışaq və ona sülh düsturunda hansı addımların olduğunu göstərmək imkanı verək. Mən hazıram", - Zelenskidən bildirib.
Daha əvvəl Strana.ua bildirmişdi ki, Zelenski danışıqlar üçün Trampla əlaqə saxlamağa çalışır.