RU

DÇ-2026: Braziliya Argentinaya da məğlub oldu - Video

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika üzrə seçmə mərhələsində 6-cı turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

Peru – Venesuela matçında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Kolumbiya yığması Paraqvaya, Ekvador millisi Çiliyə minimal hesabla qalib gəlib. Mərkəzi oyunda sonuncu dünya çempinu Argentina əsas rəqiblərindən olan Braziliya ilə üz-üzə gəlib. Bu oyunun da taleyini bir qol həll edib. Argentinalılar səfərdə vacib 3 xala seviniblər.

Uruqvay millisi də doğma meydanda Boliviyanı üç cavabsız qolla üstələyib.

2026-cı ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində 10 komanda iştirak edir. Birinci və altıncı yerləri tutacaq yığmalar final mərhələsinə vəsiqə qazanacaq. Turnir 2025-ci ilin sentyabrında başa çatacaq. Yeddinci yerdə olan komanda qitələrarası pley-offda çıxış edəcək. Burada həmçinin KONKAKAF zonasından iki, Asiya, Afrika və Okeaniyadan isə bir komanda iştirak edəcək. Onlar dünya çempionatına son iki vəsiqənin sahibini müəyyənləşdirəcəklər.

Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq DÇ-də 48 komanda çıxış edəcək.

DÇ-2026-nın seçmə mərhələsi
6-cı tur
22 noyabr

Paraqvay – Kolumbiya 0:1
Qol: Borre, 11-pen.

Ekvador – Çili 1:0
Qol: Mena, 21.

Uruqvay – Boliviya 3:0
Qollar: D.Nunes, 15; 71. Vilyamil, 39-öz qapısına.

Braziliya – Argentina 0:1
Qol: Otamendi, 63.

Peru – Venesuela 1:1
Qollar: Yotun, 17 – Savarino, 54.

Xal: Argentina – 15. Uruqvay – 13. Kolumbiya – 12. Venesuela – 9. Ekvador – 8. Braziliya – 7. Paraqvay – 5. Çili – 5. Boliviya – 3. Peru – 2.

Избранный
676
50
arena.az

10Источники