Rusiya prezidenti Vladimir Putin noyabrın 2-də Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirəcək.
"Operativ Media" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Sabah günorta saatlarında prezidentin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcəyini gözləyirik”, - deyə Peskov bildirib.