RU

"Amazon" işçiləri "Black Friday" günü Britaniyada nümayiş keçirəcək ​ - ÖZƏL

Olaylar "Independent" nəşrinə istinadən xəbər verir ki, Amerikanın "Amazon" onlayn pərakəndə satış şirkətinin Böyük Britaniyadakı böyük anbarının mindən çox işçisi maaşların artırılması tələbi ilə noyabrın 24-də yəni, "Black Friday" günü ən böyük tətil keçirəcək.

Həmkarlar ittifaqlarının fikrincə, şirkətin 30 illik tarixində ən böyük pozuntu olacaq. Amazonun Koventri paylama mərkəzində təxminən 1150 işçi əmək haqqı və iş şəraiti ilə bağlı mübahisələrə görə piket keçiriləcək.Qəzet bildirir ki, Koventri ölkənin ən işlək Amazon mərkəzlərindən birinə malikdir və bu, ilin ən işlək günlərindən birində tətilin təsiri ilə bağlı narahatlıqları artırır.
"Amazon", öz növbəsində, Koventridəki obyekt birbaşa müştərilərə xidmət göstərmədiyi üçün işdə heç bir fasilə olmayacağını iddia edir.Qeyd edək ki, Böyük Britaniya ölkədə rekord inflyasiya fonunda tətillər dalğası yaşayır. Etirazlarda dəmir yolu şirkətlərinin, hava limanlarının işçiləri, hüquqşünaslar, poçtalyonlar və digər sahələrdə çalışan işçilər iştirak edir. Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlamasından sonra Qərb Rusiyaya qarşı sanksiya təzyiqlərini artırıb. Təchizat zəncirlərinin pozulması Avropa və ABŞ-da yanacaq və ərzaq qiymətlərinin artmasına səbəb olub. Yaşayış dəyərinin artması milyonlarla ailələrə öz zərbəsini vurdu.

Избранный
268
9
olaylar.az

6Источники