2 məşhur aktrisa Fələstinə dəstək paylaşımlarına görə layihələrindən uzaqlaşdırıldı
Amerikalı aktrisa Suzan Sarandon və meksikalı aktrisa Melissa Barrera Fələstinə dəstək ifadələrinə görə yer aldıqları layihələrdən uzaqlaşdırılıblar. Manset.az-ın xarici mediaya istinadən məlumattına görə, ABŞ-da Fələstinə açıq dəstək verən amerikalı aktrisa Suzan Sarandonun “İstedad” agentliyi tərəfindən fəaliyyəti dayandırılıb.Meksikalı aktrisa Melissa Barrera isə Fələstini dəstəkləyən paylaşımlarına görə çəkiləcəyi filmin heyətindən uzaqlaşdırılıb.Qeyd edək ki, hər iki aktrisa İnstaqram hesablarında İsrailin Qəzzaya hücumlarına reaksiya verərək Qərb mediasını “birtərəfli” olmaqda ittiham edib.Əfsanə