RU

Hərbi prokuror Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ilk dəfəhakimiyyətə gəlişinin 55-ci ildönümü, ölkəmizdə 2024-cü ilin “Yaşıldünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlhamƏliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası vəCOP-29, eləcə də hüquqi biliklərlə bağlı maarifləndirmə iləəlaqədar Zəfər günü ərəfəsində Hərbi prokuror Xanlar VəliyevMüdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi qulluqçularlagörüş keçirib.

Hərbi Prokurorluqdan Trend-ə bildirilib ki, Azərbaycan Respublikası Başprokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru,ədliyyə general-leytenantı Xanlar Vəliyevin iştirakı ilə, HərbiProkurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyininyüksək rütbəli hərbi qulluqçularının birgə keçirdikləri tədbirdənöncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz vəunudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlararəhmət, qazilərə şəfa arzulanıb, dövlət himni səsləndirilib.

Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev,general-mayor Müşfiq Məmmədov, general-mayor Akif Pirverdiyevçıxışlarında istiqlal yolumuzu və firavan istiqbalımızı nurlandırannəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin Azərbaycanınparlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidədövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezidentİlham Əliyevin rəhbərliyi ilə son 21 il müddətində ölkəmizdəgörülmüş müstəsna işlərdən, həyata keçirilmiş hərtərəfli köklüislahatlardan, bütün sahələrdə qazanılmış misilsiz uğurların əldəedilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanınçoxşaxəli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etməsindən sözaçıblar. Eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından vəetibarlı qorunmasından bəhs edilib.

Habelə, ölkə rəhbərinin uğurlu xarici siyasəti sayəsindədövlətimizin beynəlxalq aləmdə durmadan artan nüfuzundan, ocümlədən ölkəmizdə keçiriləcək COP29-un mahiyyətindən vəəhəmiyyətindən, eyni zamanda ətraf mühitin mühafizəsi haqqındaqanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçininekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən vəməsuliyyətdən danışılıb.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndiriciməzmunlu çıxışlar olub. Onları maraqlandıran suallarcavablandırılıb, eləcə də hərbçilərin məişət və xidmət şəraiti,həmçinin, qayğı və problemləri ilə maraqlanılıb.

Tədbirdən sonra ağaclar əkilib.

Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Избранный
12
45
az.trend.az

10Источники