"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın seçmə mərhələsində Braziliya ilə oyunda (1:0) zədələnib. Futbolpress.az xəbər verir ki, 36 yaşlı argentinalı 78-ci dəqiqədə Anxel Di Maria ilə əvəzlənib. Messi əzələsində narahatlıq hiss etdiyini deyib: "Bu, ilin son oyunu idi, ona görə də zədəmi bərpa etməyə vaxtım. 2024-cü ilə tam hazır başlaya biləcəyəm”. Argentinalı seçmə mərhələdə 5 oyunda 3 qol vurub.