Xəbər verdiyimiz kimi, xalq yazıçısı Çingiz Abdullayev "ATV" telekanalını məhkəməyə verməyə hazırlaşır.Buna səbəb bir müddət əvvəl "ATV" telekanalının efirində yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmovanın Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırmasıdır. Məsələ ilə bağlı bizim.media-ya açıqlama verən "ATV" telekanalının mətbuat katibi Ozal İbrahimli bildirib ki, hadisə ilə bağlı aparıcı Kübra Məhərrəmovaya ciddi xəbərdarlıq edilib:“Sözügedən ifadənin səsləndiyi verilişdən dərhal sonra kanal rəhbərliyi aparıcılar və redaksiya heyəti ilə iclas keçirib. Qeyd edilən ifadəni işlədən aparıcıya rəsmi şəkildə ciddi xəbərdarlıq edilib”.