
meydanda olmasını istəyirəm. Bəzən 1-2 dəyişiklik etmək olar. Çox dəyişiklik edəndə, digər oyunçuların oyun ritmi aşağı ola bilər. Elə oyunçular var ki, onları rotasiya edəndə pis tərəfə təsiri olmur. Yaxşı tərəfə olur. Hər bir oyunçunun hazırlığı çox önəmlidir. Çünki rəqiblər 90 dəqiqə bizə təzyiq yaratmaq gücündədirlər. Bizim də meydanda 90 dəqiqə bu təzyiqə dözən futbolçularımız olmalıdır. İstəmərəm ki, dəyişiklik çox edim. Amma məcbur olsam, görsəm hansısa futbolçunun hazırlığı digərindən daha yaxşıdır, onda o addımı atarıq.
- Ən yaxın izləyiciniz "Araz-Naxçıvan"dır. Yalnız sizə uduzublar, ondan sonra heç kimə məğlub olmayıblar. Belə gedişat sizin üçün təəccüblü gəlmirki?
- Elmar Baxşıyevin komandası həmişə baxımlı futbol oynayıb. "Qəbələ"də olanda da belə idi. Uduzanda belə, yaxşı idi. Bu il bir az fərqlidir. Hələ tam öz istədiyi oyunu tuta bilməyib. Amma ümumən komanda nəticəyə oynamağa bacarırsa, onun haqqıdır. Boş-boşuna belə nəticələr deyil. Son vaxtlar son dəqiqələrdə qollar vurub, qalib gəlirlər. Qarşıda çox oyunlar var. Dəyişikliklər ola bilər. Bu gün bu yerdədilərsə, onların haqqıdır. Ona da uğurlar arzulayıram. "Araz-Naxçıvan" maraqlı oyun göstərir. Rəqibdən çəkinmirlər, daim öz düşündüklərini meydanda göstərmək istəyirlər. Uğurlar arzulayıram. Sevinirəm ki, bu səviyyəyə gəlib çıxıblar.