RU

Şimali Koreya hərbsizləşdirilmiş zonada silahlı qüvvələrini gücləndirir

Şimali Koreya Cənubi Koreya ilə sərhəddə hərbsizləşdirilmiş zonanın yaxınlığında yerləşən silahlı qüvvələrini gücləndirməyi planlaşdırır...Poliqon xəbər verir ki, bu barədə məlumatı Koreya Mərkəzi Xəbər Agentliyi yayıb.Xəbərdə qeyd edilir ki, bu əraziyə əlavə qoşunlar və yeni silahlar yerləşdiriləcək. Belə bir qərarın verilməsinə səbəb Seulun Şimali Koreyanın peyk buraxılışına cavab olaraq 2018-ci ildə Koreyalararası hərbi razılaşmanın bir hissəsini dayandırması olub.Qeyd edək ki, noyabrın 22-də Şimali Koreya Yaponiya dənizinə doğru uğursuz raket atıb.Bundan əvvəl Yaponiya Sahil Mühafizəsi məlumat vermişdi ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) özünün ilk kəşfiyyat peyki olduğu güman edilən raketlə orbitə buraxılıb. Qeyd olunur ki, J-Alert xəbərdarlıq sistemi Yaponiyada işə salınıb. Okinavanın cənub prefekturasının sakinlərindən Şimali Koreya raketinin dağıntıları düşəcəyi təqdirdə binalara, zirzəmilərə və ya metrolara sığınmaq istənilib.Poliqon.info

Избранный
577
18
poliqon.az

10Источники