RU

Ukrayna - Ermənistan oyununda QALMAQAL - VİDEO

Futbol üzrə qadınlardan ibarət U-19 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Ukrayna – Ermənistan oyununda qalmaqal yaşanıb.
Bakupost.az xəbər verir ki, matçın əsas vaxtına 3 dəqiqə əlavə olunsa da, tabloda vaxt 92:10-u göstərəndə hakim final fitini çalıb.

Bundan sonra ukraynalılar qələbəni qeyd edərək bir-birini qucaqlamağa başlayıblar. Lakin tezliklə öz səhvini anlayan hakim final fitini ləğv edib. Nəticədə oyun daha bir neçə dəqiqə uzanıb.

Qeyd edək ki, görüş Ukrayna yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Избранный
190
6
bakupost.az

10Источники