RU

Tovuzda sexdə partlayış olub, xəsarət alanlar var

Tovuz rayonunda "Təzə Bazar" adlanan ərazisində sexdə partlayış olub.

Azreform.info -ın "Report"a istinadən məlumatına görə, çilingər sexində baş verən bədbəxt hadisə zamanı 1992-ci il təvəllüdlü R.Rüstəmov və 1965-ci il təvəllüdlü Ə.Quliyev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

İlkin məlumata görə, hadisə yanacaq çənini kəsərkən qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
41
14
azreform.info

10Источники