RU

İsrail tankları Dəməşqin 20 kilometrliyindədir - KİV » AzadMedia.az


İsrail ordusuna məxsus zirehli texnikalar Suriya ərazisinin dərinliklərinə doğru irəliləyib.

Bu barədə məlumatı öz mənbələrinə istinadən “Al-Mayadin” yayıb. 

Bildirilib ki, İsrail tankları hazırda paytaxt Dəməşqdən təqribən 20 kilometr məsafədə yerləşir. 

Telekanalın hesablamalarına görə, İsrail aviasiyası Suriyanın hərbi obyektlərinə 250 zərbə endirib. Belə ki, dekabrın 10-na keçən gecə Homs, Hama və Rəqqə vilayətlərində hədəflərə zərbələr endirilib.
Избранный
73
3
azadmedia.az

4Источники