RU

Kremldən Parisə ağır zərbə: Ordu geri çəkilir, növbədə Qafqazdır

Fransa ordusu Çaddan geri çəkiləcəyini açıqlayıb. Paris, yerli hakimiyyət orqanlarının müdafiə sahəsində əməkdaşlığın dayandırılmasını bəyan etdikdən iki həftə sonra bu istiqamətdə prosesi başladıb.

Fransanın daha bir Afrika ölkəsindən geri çəkilmək məcburiyyətində qalması siyasi dairələrdə müzakirələrə səbəb olub. Parisin daha əvvəl Burkina Faso və Niger kimi müstəmləkələrdən də çıxarılması onun getdikcə zəifləməsinin sübutu kimi dəyərləndirilir. Bu ölkənin artıq əvvəlki gücü və təsir imkanlarını yavaş-yavaş itirdiyi deyilir.

Parisin sürətlə nüfuz itirməsi, həmçinim Afrikadan geri çəkilməsi kimi proseslərin nəticəsi necə olacaq? Fransa Prezidenti Emmanuel Makron vəziyyətdən çıxış yolu üçün necə bir həmlə edə bilər?

Paytaxt.org bildirir ki, politoloq Elvin Baxşalızadə deyib ki, Fransa Afrikada “qan itirməyə” davam edir:

“Bundan əvvəl fransız ordusu Mali, Burkina Faso və Nigerdən çıxmağa məcbur olmuşdu. İndi isə Çad Paris ilə müdafiə müqaviləsini ləğv etdiyini açıqlayıb. Bu barədə iki həftə əvvəl ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb. Nəticə olaraq fransız qoşunları mərhələli şəkildə ölkəni tərk etməyə başlayıb.

Çad strateji baxımdan Fransa üçün ən əhəmiyyətli region ölkələrindən biri idi. Fransa üçün buradakı hərbi mövcudluğunu itirmək geri dönüşü olmayan prosesin başlanğıcıdır. Afrika tədricən Makronun əlindən çıxır. Bu, onun hakimiyyət illərinin ən böyük fiaskosudur. Çünki sözügedən ərazilər yüzilliklər boyu Fransa üçün “yağlı tikə”, xammal mənbəyi olub”.


Избранный
98
paytaxt.org

1Источники