RU

"Pulsuz pendir, ancaq siçan tələsində olar" - Qrant yeyənlərə İRAD - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

""Pulsuz pendir, ancaq siçan tələsində olar". Bu cümlədən yola çıxaraq, çoxillik təcrübəmiz göstərdi ki, Qərbdən gələn qrantlar yalnız onların mənafeyi üçün istifadə olunub. Məsələn, Qarabağla gələn bütün qrantlar yalnız orada olan mənfilikləri üzə çıxarmağa hədəflənib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Deputat bildirib ki, onların məqsədi cəmiyyət içərisində qarşıdurma yaratmağa xidmət edir: "Bütün bunlar strateji mərkəzlər tərəfindən Azərbaycanın daxilində baş verənləri öyrənmək, aranı qızışdırmaq və nəticədə Azərbaycan hökumətinə təzyiqlər göstərərək, öz iradəsinə uyğunlaşdırmaqdan ibarətdir.

Vaxtilə qanuna düzəliş edildi və rəsmi qeydiyyatdan keçməyən qrantlar Azərbaycanda qadağan olundu. Lakin hazırda başqa yerlərdən qrantlar götürürlər, transferlər olur və bunlara nəzarət etmək də çətinləşir. Buna görə də Azərbaycan qrant məsələsində müsbətə doğru bir qədər də dəyişiklik etməli, müxtəlif sahələr üzrə milli maraqlarımıza uyğun olaraq öz qrantlarımız yaradılmalıdır.

Xaricdən maliyyələşən və Azərbaycana heç bir hesabat verməyənlərlə bağlı da hüquq-mühafizə orqanları araşdırmalar aparmalıdır. Təbii ki, burada onların həbsi nəzərdə tutulmur, lakin ölkəyə qanunsuz daxil olan maliyyə kimi müsadirəsi mümkündür".

Müəllif: Səbinə Hüseynli
Избранный
1040
50
sia.az

10Источники