RU

“Təyyarənin idarəetmə sistemi sıradan çıxıb”

“Artıq bizim bu günə kimi əldə etdiyimiz məlumatlar deməyə imkan verir ki, təyyarəmiz xarici təsir nəticəsində qəzaya uğrayıb.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri mərhum pilotların vida mərasimində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

“Yerli və xarici ekspertlərin gəldiyi ilkin qənaət budur ki, pilotlar əllərindən gələn hər şeyi ediblər. Hadisənin baş verdiyini eşidən kimi Prezident İlham Əliyev dərhal Bakıya qayıdıb. Bu da onun hər bir vətəndaşa qayğısının göstəricisidir”, - nazir vurğulayıb.

Mərasimdə AZAL-ın vitse-prezidenti İlham Əmirov da çıxış edib.

“Təyyarənin qalıqlarına baxanda və digər əldə etdiyimiz məlumatlar bizə birmənalı şəkildə deməyə imkan verir ki, təyyarə xarici kənar təsir nəticəsində qəzaya uğrayıb. Təyyarənin idarəetmə sistemi sıradan çıxıb. Nədənsə ilkin olaraq bəzi yerlərdə bizim təyyərəni qəbul etməyiblər. Sonradan da faciə baş verib”, - İ.Əmirov vurğulayıb.

Избранный
134
3
qafqazinfo.az

4Источники