RU

Qətərdə 5-ci İqtisadi Forum keçiriləcək

Bakı. Trend:

Mayın 20-22-də 5-ci Qətər İqtisadi Forumu keçiriləcək. Tədbir“Bloomberg”lə əməkdaşlıq şəraitində təşkil olunacaq.

Trend forumunrəsmi saytına istinadla xəbər verir ki, tədbir çərçivəsindəkiplenar iclaslarda biznes, investisiyalar, ticarət, enerji,təhlükəsizlik, texnologiya və innovasiya mövzularında müzakirələraparılacaq.

Qeyd edək ki, ötən il mayın 14-16-da keçirilmiş 4-cü Qətərİqtisadi Forumunda 70-dən çox natiq, o cümlədən dövlət və hökumətbaşçıları, nazirlər, beynəlxalq xəbər sənayesinin rəhbərləri,qlobal investorlar, idman, mədəniyyət və əyləncə sahələrininliderləri çıxış ediblər.

Plenar iclaslarda 1500-dən çox insan iştirak edib. Onlararasında yüksək səviyyəli şəxslər, mütəxəssislər, texnologiyasahələrinin rəhbərləri, siyasətçilər, iri maliyyəçilər və medianümayəndələri də olub.

Избранный
131
10
az.trend.az

10Источники