RU

Növbəti köç karvanı Laçın şəhərinə çatdı

Bakı. Trend:

Noyabrın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınannövbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrəmənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Trend xəbər verir ki, mərasimdə Qaçqınların vəMəcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və ŞərqiZəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda AzərbaycanPrezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirakediblər.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğalason qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasındabərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bumərhələdə Laçın şəhərinə daha 17 ailə - 63 nəfər köçürülüb.

Bununla da Laçın şəhərində 363 ailə, 1389 nəfərin daimiməskunlaşması təmin edilib.

Məqalədə:
Избранный
414
17
az.trend.az

7Источники