Rusiya xarici işlər naziri Sergey Lavrovun müavini Mixail Boqdanov HAMAS rəhbərliyi ilə telefon əlaqəsi yaradıb.
Parol.az xəbər verir ki, Boqdanov HAMAS-ın Siyasi Bürosunun sədri Xaled Maşaal və sədr müavini Musa Abu-Marzukla danışmaq imkanı əldə edib.
O, bu telefon danışığı zamanı HAMAS rəsmilərindən Rusiya vətəndaşı Aleksandr Trufanovun azadlığa buraxılmasını xahiş edib.
Qeyd edək ki, Ruisya XİN bu xahişi İsrail və HAMAS arasında girovların mübadiləsinə dair sazişin bağlanmasından sonra edib.