RU

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi - YENİLƏNİB - VİDEO

Bakı şəhərinin Binəqədi rayonu, Mir Cəlal küçəsi 145 ünvanında yanğınla əlaqədar yaşayış binası polis əməkdaşları tərəfindən mühafizəyə götürülüb.

Bu barədə Gundem.az -a Daxili İşlər Nazirliyindən bildirilib.





Qeyd edilib ki, sakinlərin əmlakı mühafizə altındadır, əraziyə nəzarət artırılıb.

Müvafiq tədbirlər davam etdirilir.

---------

19:55

Bakı şəhərinin Binəqədi rayonu, Mir Cəlal küçəsi 145 ünvanında yanğın baş verib.

Gundem.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən tüstülənmiş mənzillərdən 15 nəfər bina sakini təxliyə olunub.

 



 

Избранный
399
49
gundem.az

10Источники