RU

Bakıda AĞIR QƏZA - 3 nəfər öldü, sürücü qaçdı

Bakıda ağır yol qəzası baş verib.

Titul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə gecə saat 00 radələrində Xəzər rayonu Qala-Zirə yolunda qeydə alınıb.

Belə ki, Samir Paşayevin idarə etdiyi “Saipa” markalı avtomobillə 2003-cü il təvəllüdlü Nazim Musayevin idarə etdiyi “Toyota Prius” markalı avtomobil toqquşub.

Nəticədə “Saipa” markalı avtomobildə olan sərnişinlər - Polad Salmanov, Rövşən Hüseynov və  “Toyota Prius”un sərnişini Nizami Soltanov hadisə yerində ölüb.

“Toyota Prius”un sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Избранный
65
49
titul.az

10Источники