RU

Çex Respublikası Cənubi Qafqaz nəqliyyat dəhlizinə böyük maraq göstərir

Çex

Tbilisi, 1 dekabr, AZƏRTAC

Çex Respublikası Cənubi Qafqazda baş verən prosesləri diqqətlə izləyir, regionda həyata keçirilən nəqliyyat dəhlizinə maraq göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Çex Respublikasının Tbilisidəki səfiri Petr Kubernát AzərbaycanIn Gürcüstandakı səfiri Faiq Quliyev ilə görüşdə söyləyib.

Söhbət zamanı son vaxtlar regionda cərəyan edən proseslər diqqət mərkəzində olub.

F.Quliyev hazırda bölgənin iqtisadi əməkdaşlıq imkanlarından bəhs edib, Azərbaycanın iştirakı ilə həyata keçirilən enerji və infrastruktur layihələri barədə məlumat verib. Bildirib ki, bu layihələr regionun inkişafına böyük töhfələr verir.

Azərbaycan–Gürcüstan iqtisadi əməkdaşlığı, o cümlədən 3,6 milyard dollar səviyyəsində dəyərləndirilən Azərbaycan sərmayələri, iki ölkənin biznes dairələri arasında sıx əlaqələr və son illər ərzində qarşılıqlı ticarət dövriyyəsinin demək olar ki, ikiqat artması barədə məlumat verən F.Quliyev deyib ki, bu əməkdaşlıq nəinki ikitərəfli kontekstdə, bölgə miqyasında sabitlik və inkişafın əsas amilinə çevrilib.

P.Kubernát bölgədəki prosesləri və Azərbaycanın onlara verdiyi töhfəni diqqətlə öyrəndiyini qeyd edib. O, Cənubi Qafqazın Şərq–Qərb nəqliyyat dəhlizində oynadığı mühüm rolu xüsusi qeyd edib, Çexiyanın bu imkanlardan faydalanmasında maraqlı olduğunu vurğulayıb.

Tərəflər bölgədə yaradılan yeni reallıqların əməkdaşlığa yeni təkan verəcəyini qeyd ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Избранный
699
50
azertag.az

10Источники