RU

Rusiya nefti noyabrda qiymət tavanından 13 dollar BAHA SATILIB

2023-cü ilin yanvar-noyabr aylarında Urals neftinin orta qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə (78,32 dollar) 19,7 faiz azalaraq 62,89 dollar təşkil edib.

Musavat.com Rusiya Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, noyabrda neftin orta qiyməti 72,84 dollar olub ki, bu da 2022-ci ilin noyabr ayı ilə müqayisədə 9,58 faiz (barel üçün 66,47 dollar) çoxdur.

Nazirliyin məlumatına görə, noyabrda Brent markalı neftin orta qiyməti 83,12 dollar təşkil edib. Beləliklə, Uralsın Brentə nisbətən endirimi təxminən 12,37 faiz olub.

Oktyabrda endirim təxminən 10,5 faiz olmuşdu. Bu isə endirimin noyabrda oktyabr ayı ilə müqayisədə 1,87 faiz bəndi artdığını göstərir.

Musavat.com

Избранный
708
50
musavat.com

10Источники