ABŞ Dövlət Departamenti öz işçilərinə ABŞ-da altı KİV-ə abunəni ləğv etməyi tapşırıb.
Publika.az xəbər verir ki, Donald Tramp administrasiyanın federal ixtisarları media təşkilatlarına da təsir edib.
ABŞ Xarici İşlər Nazirliyi fevralın 11-də ilk olaraq dünya üzrə diplomatik nümayəndəliklərdən kritik əhəmiyyət daşımayan media abunələrini ləğv etməyi tapşırıb. Fevralın 14-də Xarici İşlər Nazirliyinin əməkdaşlarına ABŞ-da “The Economist”, “The New York Times”, “Politico”, “Bloomberg News”, “The Associated Press” və “Reuters” kimi KİV-lərə abunəni ləğv etmək tapşırılıb.
Qeyd olunub ki, Xarici İşlər Nazirliyinin əməkdaşları müəyyən abunəliklərin saxlanmasına etiraz edə bilərlər, lakin bunun üçün ciddi əsaslar təqdim etməlidirlər.