RU

Kəmaləddin Heydərov və UNICEF-in ölkəmizdəki nümayəndəsi qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının fövqəladə hallar nazirigeneral-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Millətlər TəşkilatıUşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi xanım Saca FaruqAbdullahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trendxəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumatyayıb.

Bildirilib ki, qonaqları səmimi salamlayan nazir KəmaləddinHeydərov qeyd edib ki, Azərbaycan dövləti uşaqlarıntəhlükəsizliyinin təmin edilməsi, onların müdafiəsi, təhlükəsizmühitdə yaşaması və böyüməsi məsələlərinə hər zaman xüsusi diqqətyetirir və bu sahədə mühüm addımlar atır.

Bu çərçivədə, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin ölkəmizdətəbii və texnogen xarakterli fövqəladə halların qarşısınınalınması, onların nəticələrinin aradan qaldırılması, əhalinin,xüsusilə də həssas qrupların, o cümlədən uşaqlarıntəhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyəti barədədanışan nazir göstərilən sahədə aidiyyəti beynəlxalq təşkilatlarlauğurla əməkdaşlıq edildiyini diqqətə çatdırıb. Bu xüsusda,Nazirliklə UNICEF-in Azərbaycandakı Nümayəndəliyi arasında sıxəlaqələrin formalaşdığını, ötən illər ərzində bir sıra birgəlayihələrin müvəffəqiyyətlə reallaşdırıldığını xatırladıb.

Nazir Kəmaləddin Heydərov uşaq təhlükəsizliyi sahəsindəFövqəladə Hallar Nazirliyinin gördüyü işlər, həyata keçirdiyitədbirlər barədə qonaqlara ətraflı məlumat verib, bu sahədəUNICEF-in Azərbaycandakı Nümayəndəliyi ilə münasibətləringenişləndirilməsi üçün böyük potensialın mövcud olduğunuvurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF)Azərbaycandakı nümayəndəsi xanım Saca Faruq Abdullah səmimi görüşəgörə təşəkkür edib, ötən ilin noyabr ayında Azərbaycan tərəfindənqlobal əhəmiyyətli tədbir olan COP29-un ölkəmizdə uğurlakeçirildiyini vurğulayıb.

Xanım Saca Faruq Abdullah rəhbərlik etdiyi qurumun fəaliyyətibarədə ətraflı məlumat verib, ölkəmizdə uşaq təhlükəsizliyisahəsində Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın daha dagenişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Kəmaləddin
Kəmaləddin
Kəmaləddin
Məqalədə:
Избранный
147
8
az.trend.az

8Источники