RU

Universitet və şirkətlər əmək bazarının tələblərinə uyğun təhsil proqramları hazırlayacaq

Universitet və şirkətlər əmək bazarının tələblərinə uyğun təhsil proqramları hazırlayacaq.

Bu barədə Elm və Təhsil Nazirliyində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılan Komissiyanın ilk iclasında məlumat verilib.

Elm və təhsil nazirinin müavini, Komissiyanın sədri İdris İsayev əmək bazarının tələblərinin yeniləndiyini və kadr hazırlığının da bu çağırışlara uyğunlaşmasının vacibliyini diqqətə çatdırıb.

Ötən il Nazirlər Kabinetinin bakalavr, magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələri üzrə ixtisasların yeni təsnifatını təsdiq etdiyini xatırladan nazir müavini qeyd edib ki, təsnifatda aparılan dəyişikliklər müvafiq olaraq yeni təhsil proqramlarının hazırlanmasını tələb edir.

O bildirib ki, proqramlar işəgötürənlərin tələblərinə uyğun olmalıdır. Bu səbəbdən işəgötürənlər də bu prosesdə aktiv iştirak etməlidirlər.

Nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman təhsil proqramları ilə bağlı cari vəziyyət və qeydə alınan problemlər barədə məlumat verib:

Избранный
221
18
aznews.az

10Источники