RU

Əməkdar artist: "Xərçəng olandan bacılarımı həyatımdan SİLDİM"

Müğənni Sevda Əliqızı bacılarından imtina edib.

Demokrat.az xəbər verir ki, sənətçi bu haqda "Etiraf" verilişində deyib. O bildirib ki, xəstələndikdən sonra yaxınlarının ona davranışı dəyişib:

"Elə bilirdim ki, ailə üzvlərim məni həqiqətən də sevirlər, istəyirlər, qədrimi bilirlər. Amma görünür ki, bu belə deyil. Bunu onkoloji xəstəliyə düçar olandan sonra bildim. Şükürlər olsun ki, müalicələrimi alıram və hər şey normaldır. Çox yaxın qohumlarımla incikli oldum. Demək olar ki, onları həyatımdan sildim. Mənim qardaşım yoxdur. İki bacım var. Bəli, etiraf edirəm ki, mən iki bacımı həyatımdan sildim. Onlardan imtina elədim. Bunu çəkinmədən deyirəm, qoy bu sözlərimi onlar eşitsinlər və bilsinlər.

Избранный
197
3
demokrat.az

10Источники