Səudiyyə Ərəbistanı çempionatının "Əl-Hilal" - "Əl-Nəsr" oyunundan sonra (3:0) maraqlı anlar yaşanıb.
Publika.az xəbər verir ki, Ər-Riyad derbisində Kriştiano Ronaldonun kapitanı olduğu komandaya qalib gələn "ağ-mavilər" bu qələbəni təntənəli şəkildə qeyd edib. "Əl-Hilal" rəhbərliyi də futbolçuları soyunub-geyinmə otağında isti-isti təbrik edib. Ancaq bu, onlara baha başa gəlib.
Derbidəki qələbədən sonra liderliklərini möhkəmlədən futbolçular klub rəhbərliyindən mükafat tələb ediblər. Oyunçuların hər birinə 100 min dollar verilməsi istənilib. "Əl-Hilal"ın funksioneri kiçik təzyiqdən sonra onların tələbini qəbul edib.