RU

Müdafiə naziri Azərbaycan qadınlarını təbrik edib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov 8 Mart–Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib, ən xoş arzularını bildirib.

Aznews.az xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan qadını tarix boyu şərəfli və müqəddəs ana adını uca tutmaqla müdrikliyi, işgüzarlığı, saflığı və mübarizliyi ilə keçmişimizə ən parlaq səhifələr yazmışdır. Respublikamızın ictimai-siyasi, mədəni həyatında, cəmiyyətdə fəal iştirak edərək Vətənin müdafiəsində və dövlət quruculuğunda xüsusi bacarıq, istedad nümayiş etdirməklə yanaşı, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə cəsarət və qorxmazlığı ilə seçilmişdir.

Dövlətçilik tariximizin şərəfli səhifəsi sayılan Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri olan qadınlara seçmək və seçilmək hüququnun verilməsi cəmiyyətdə onların yerini, xüsusi hörmətə və nüfuza malik olduqlarını bir daha əks etdirir. Respublikamız dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan qadınının cəmiyyətdə əvəzsiz rolu bir daha təsdiqləndi. Milli dövlət quruculuğu prosesində, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılmasında fəal iştirakı Azərbaycan qadınının dünyagörüşünün zənginliyinin, intellektual səviyyəsinin yüksək olmasının bariz nümunəsidir.Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə qadınlar fəal iştirak edib, qəhrəmanlıq, fədakarlıq nümunələri göstəriblər. Azərbaycan qadını gənc nəslin Vətənə, dövlətə sevgi, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunmasına öz böyük töhfələrini verib və onların xalqa, cəmiyyətə layiqli övlad kimi formalaşmasında əsl vətəndaş, ana kimi əməyini əsirgəməyib.

Избранный
279
36
aznews.az

10Источники