RU

Vilayət Eyvazov Şimali Makedoniya DİN rəhbəri ilə görüşüb - FOTOLAR

Martın 9-da Şimali Makedoniya Respublikasının daxili işlər naziri Pançe Toşkovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Mia.az DİN-ə istinadən xəbər verir ki, nazir Pançe Toşkovski və onu müşayiət edən şəxslər Fəxri xiyabanda Ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

V.Eyvazov, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıqla mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.
Görüşdə kibercinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın istiqamətləri, təcrübə mübadiləsi və tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Избранный
251
12
mia.az

10Источники