Rusiyanın ABŞ-a təyin edilən yeni səfiri Aleksandr Darçiyev martın 26- da Vaşinqtona səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumatlı mənbəyə istinadla məlumat yayıb.
"Səfirin martın 26-da Vaşinqtona yola düşəcəyi gözlənilir", - məlumatda deyilir.
Darçiyev səfəri ilə bağlı əlavə məlumat verilməyib.
Rusiya prezidenti Vladimir Putin bu il martın əvvəlində Aleksandr Darçiyevi Rusiyanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edib. Onun sələfi 2017-2024-cü illərdə bu vəzifəni icra edən Anatoli Antonov idi.
Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiyanın Vaşinqtondakı yeni səfiri Aleksandr Darçiyevin əsas vəzifələri ABŞ-la münasibətləri inkişaf etdirmək və Rusiyanın maraqlarını müdafiə etməkdir.