Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas ABŞ-ni üç ildir davam edən Ukrayna-Rusiya münaqişəsinə son qoymaq üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.
Viral.az Reuters-ə istinadən xəbər verir ki, bunu Kaya Kallas Madriddə keçirilən Avropa xarici işlər nazirlərinin toplantısından əvvəl deyib.
Kallas Rusiyanı yaxşı niyyət göstərməyə və Ukraynadakı atəşkəsə razı olmağa çağırıb.
Son Yazılar:
- Kaya Kallas ABŞ-ni Kremlə təzyiq göstərməyə çağırdı
- Ermənistan KTMT-yə pul ödəməkdən imtina etdi
- Şimal bölgəsində 5 kənddəYANĞIN
Onun sözlərinə görə, Rusiyaya deportasiya edilmiş ukraynalı uşaqların geri qaytarılması və müharibə əsirlərinin azad edilməsi Rusiyanın xoş niyyətini göstərmək üçün edə biləcəyi addımlardır.