RU

Almaniya bu ölkədə qoşun yerləşdirəcək

Almaniya NATO-nun şərq cinahını gücləndirmək üçün Litvada daimi olaraq 5 min əsgərdən ibarət briqada yerləşdirəcək.

Publika.az xəbər verir ki, bu barədə məlumat Bundesverin saytında dərc olunub.

"Bizim aydın missiyamız var. Burada NATO-nun şərq cinahında litvalı müttəfiqlərimizin müdafiəsini, azadlığını və təhlükəsizliyini təmin etməliyik", - deyə briqada generalı Kristof Hube deyib.

Qeyd olunur ki, briqada 2027-ci ilə qədər tam şəkildə yerləşdiriləcək.

Избранный
231
1
publika.az

10Источники