RU

Aprelin 6-da keçiriləcək imtahanlarda neçə nəfər iştirak edəcək? - DİM

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 6-da keçiriləcəkimtahanlarda 33315 nəfərin iştirakı nəzərdə tutulur.

Trend xəbərverir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahan saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-dəburaxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılarimtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçünbinaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahaniştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Onagörə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtdagəlmək tövsiyə olunur.

Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədlərigətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamamolmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət MiqrasiyaXidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusualmış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqınvəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digərsənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş vəfotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4smölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda 33315 (Bakıda 11943, Naxçıvanda 1543, Gəncədə 2242,Şəmkirdə 637, Qazaxda 656, Ağstafada 197, Sumqayıtda 1719,Abşeronda 1181, Mingəçevirdə 1295, Şəkidə 1424, Bərdədə 1781,Göyçayda 732, Kürdəmirdə 508, Şirvanda 911, Sabirabadda 969,Salyanda 1108, Lənkəranda 1726, Cəlilabadda 705, Qubada 343,Xaçmazda 1695) nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanda 70 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirakedəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçünimtahan binalarında xüsusi zallar ayrılıb, orqanizminfunksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyimüəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması vəhərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıqimkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusitəlim keçirilib.

İmtahanın idarə olunması üçün 141 ümumi imtahan rəhbəri, 400imtahan rəhbəri, 3172 nəzarətçi, 418 buraxılış rejimi əməkdaşı və141 bina nümayəndəsi ayrılıb.

Hazırda imtahanda iştirak edəcək nəzarətçilər, imtahanrəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir.Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarındaşagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şəraityaradılıb.

İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədiləimtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları,giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər NazirliyiBaş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Qeyd edək ki, 2025-ci il aprelin 6-da:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi,V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsilbazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqlidil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavəxarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqlidil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris diliimtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlüsəbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciətedilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyadaiştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edəbilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XIsinif məzunları üçün buraxılış imtahanı keçiriləcək.

İmtahanlar Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəmkir, Şəki,Lənkəran, Mingəçevir, Şirvan, Qazax, Ağstafa, Bərdə, Sabirabad,Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Quba, Xaçmaz və Naxçıvan MR-dəkeçiriləcək.

İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytındançap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara“Yaddaş kitabçası” da təqdim olunur. Burada iştirakçılara imtahanprosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqlarıqaydalar və digər zəruri məlumatlar çatdırılır.

Məqalədə:
Избранный
197
30
az.trend.az

10Источники