RU

Ruslar yeni desant gəmiləri inşa edir - FOTO

İnternetdə 23900-cü layihənin “İvan Roqov” əsas universal desant gəmisinin gövdəsinin mart ayının ortalarına olan fotoları yerləşdirilib.

Herbiand.az bildirir ki, Rusiya Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin kanalı fotolara diqqət edib.

Gəmi Rusiya Hərbi Dəniz Qüvvələri üçün Kerçdə yerləşən “Zaliv” gəmiqayırma zavodunda tikilir. Peyk görüntülərinə əsasən, gəminin gövdəsinin maksimal uzunluğu 219-220 m, eni isə 38-40 m-dir.

Ümumilikdə, ruslar iki desant gəmi – “İvan Roqov” və “Mitrofan Moskalenko” inşa etmək istəyirlər.

Açıq mənbələrə görə, “İvan Roqov” 2028-ci ildə, “Mitrofan Moskalenko”nun isə 2029-cu ildə sifarişçiyə çatdırılması planlaşdırılır.

Bəxtiyar CƏFƏRLİ



Избранный
204
7
herbiand.az

10Источники