Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon Şöbəsinin əməkdaşı həbs edilib.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 1991-ci il təvəllüdlü Orxan Məmmədova aprelin 1-də rayon məhkəməsinin qərarı ilə 6 sutkalıq həbs verilib.
Bu zaman şöbə rəisi ilə əməkdaş arasında dava-dalaş düşüb. Davanı idarənin digər əməkdaşları rəisin otağına daxil olaraq sakitləşdiriblər.
Hadisə ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də mövqeyini öyrəndik.
Qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov faktı təsdiq etdi: “Baş vermiş hadisə ilə bağlı hazırda daxili araşdırma aparılır və araşdırmanın nəticəsində yekun qərar veriləcək”.