RU

“FSB” Moskva yaxınlığında terror aktı törətməyə çalışan rusiyalı hərbçini həbs etdi... - RƏSMİ

Yazını böyüt
Yazını kiçilt

Rusiya Federal Təhlüksəsizlik Xidməti (FTX-“FSB”) və  Rusiya İstintaq Komitəsi 49 yaşlı rusiyalı hərbçinin həbsi barədə məlumat yayıb. İstintaqın məlumatına görə, o, Ukraynadan gələn tapşırıqla kursantlara qarşı terror aktı hazırlayırmış. “FSB” Rusiya Müdafiə Nazirliyinin hərbi hissəsinə Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırılan terror aktının qarşısını aldığını bildirib.

Hafta.az “Meduza” nəşrinə istinadla xəbər verir ki, bu barədə xüsusi xidmətin saytında məlumat yayılıb.

"FSB"-nin məlumatına görə, hərbçi tərəfindən Moskva vilayətindəki hərbi ali məktəblərin kursantları üçün yataqxanada partlayış törədilməsi planlaşdırılıb. O, gizlətdiyi yerdən partlayıcı qurğu hazırlamaq üçün komponentləri götürərkən saxlanılıb.

İstintaq Komitəsi bildirir ki, saxlanılan şəxsin 49 yaşı var. Onun barəsində terror aktına hazırlıq və qanunsuz partlayıcı maddələr əldə etmə maddələri ilə cinayət işi açılıb.

İstintaq Komitəsinin hesabatında bildirilir ki, rusiyalı hərbçi “Rusiya Federasiyası ərazisində qadağan olunmuş terror qruplaşmasının üzvüdür”. Guya Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşları sosial şəbəkələr vasitəsilə onunla əlaqə saxlayıb və hərbçi onlardan 2024-cü ilin martında paytaxt regionunda terror aktı törətmək təklifi alıb.

İstintaq Komitəsi iddia edir ki, 2 aprel 2025-ci ildə hərbçi partlayıcı qurğunu əldə etdikdən sonra saxlanılıb.

"FSB" tərəfindən yayılan videoda həmin şəxs “özünü partlayıcıya sararaq hərbi hissənin ərazisindəki hədəflərin yaxınlığında partlatmağa məcbur olduğunu” deyir. Bunun üçün ona guya Ukraynada saxlanılan uşaqlarının Qərb ölkələrinə təxliyəsi vəd edilib.

Избранный
272
17
hafta.az

10Источники