Norveç Ukraynanı döyüş sursatları ilə təmin etmək məqsədilə 4 milyard Norveç kronu (təxminən 415 milyon avro) ayırıb.
Bu haqda hökumətin mətbuat xidməti aprelin 7-də qəbul etdiyi müvafiq qərar barədə məlumat yayıb.
Məlumatda bildirilib ki, həmin vəsait Ukraynaya artilleriya mərmilərinin alınması üçün qrant şəklində Çexiyanın təşəbbüsünə veriləcək. \\APA