Olaylar.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, illik dövriyyəsi 200 min manatı ötən sahibkarlar, yəni ƏDV ödəyiciləri üçün POS-terminalın olması mütləqdir:
"Lakin hər bir halda, əgər POS-terminal yoxdursa belə, alıcı ödənişi nağd şəkildə də edə bilər. Sadəcə burada vacib məsələ odur ki, ödəniş kartla edilirsə, bu zaman onun sahibkar hesabına yönəldilməlidir. Əgər ödəniş sahibkarın və ya satıcının şəxsi kartına edilirsə, bu, artıq vergidən yayınma halı hesab olunur".
Ə.Həsənov qeyd edib ki, bu cür hallarda qanunvericiliyə əsasən, sahibkar tutulmalı olan vergini ödəməlidir:
"Üstəlik, vergidən yayınma aşkarlandıqda həmin məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur. Bundan əlavə, gündəlik olaraq da cərimələr (peniyalar) hesablanır. Nəticədə bir günlük gecikmə belə sahibkara ikiqat zərər gətirə bilər"