RU

Dominikanda gecə klubunda ölənlərin sayı 226-ya çatıb - YENİLƏNİB

Dominikan Respublikasında əyləncə məkanının çökməsi nəticəsində ölənlərin sayı artır.

APA xəbər verir ki, bu barədə Respublikanın Fövqəladə Hallar Mərkəzindən məlumat yayılıb.

Dominikan Respublikasında yerləşən "Jet Set" adlı əyləncə məkanının damını çökməsi nəticəsində həyatını itirənlərin sayı 226-ya çatıb. Paytaxt Santo Dominqoda baş verən bu faciə ilə bağlı axtarış-xilasetmə işləri davam edir.

Yaralıların sayı və xilasetmə tədbirləri

Rəsmilər bildiriblər ki, hadisə nəticəsində 189 nəfər yaralanıb. Dominikan Respublikasının Fövqəladə Hallar Əməliyyat Mərkəzinin məlumatına görə, axtarış-xilasetmə işlərinə və ailələrə psixoloji dəstək göstərilməsi üçün 4 580 nəfər cəlb olunub.

Dominikan Respublikası, Santo Dominqo, Jet Set, əyləncə məkanı, çökən çatı, təbii fəlakət, Luis Abinader, beynəlxalq qurbanlar, matəm, Rubby Perez, Octavio Dotel

***

10 aprel, saat 16:59

Dominikan Respublikasının paytaxtı Santo Dominqoda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 218-ə çatıb.

APA xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Qeyd edək ki, Dominikan Respublikasının ən məşhur gecə klublarından biri olan "Jet Setin" damı çərşənbə axşamı konsert zamanı uçub.

Избранный
279
40
apa.az

10Источники