RU

Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edib - FAKTİKİ HAVA

Aprelin 13-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edib.

Bu barədə Aznews.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, düşən yağıntının miqdarı Şahbuzda 6, Zaqatala, Qaxda (Sarıbaş) 2, Naxçıvan, Sədərək, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Şəki, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Şəmkir, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Biləsuvar və Ağdamda 1 mm olub.

Dağlıq ərazilərə - Şahdağ, Gədəbəy və Daşkəsəndə isə arabir qar yağıb.

Избранный
153
22
aznews.az

10Источники