RU

Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub

"Xural" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub.

Bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.

O bildirib ki, bir müddət əvvəl 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Əvəz Zeynallının sağlıq durumunda ciddi problemlər yaranmışdı:

"Həkimlər müayinədən sonra nələrdənsə şübhələniblər, bir müddət sonra onu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə göndərdilər. Təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, "biopsiya" götürdülər. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar".

M.Zeynallı qeyd edib ki, bağırsağında olan bədxassəli şiş artıq metastaz verib, xərçəng qara ciyərinə yayılıb.

Избранный
147
25
far.az

10Источники