RU

15 və 16-da daha da kəskinləşəcəy - Bu rayonlarda yağış və leysan...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın bəzi rayonlarında aprelin 15-dən  başlayaraq yağıntıların intensivləşəcəyi, 16-da daha da kəskinləşəcəyi, yağışın leysan xarakterli güclü olacağı gözlənilir.


Xidmətdən Ekologiya.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, intensiv yağış nəticəsində dağ çaylarından sel və daşqın keçəcəyi ehtimalı var.

Aprelin 15-16-da qərb küləyinin əsəcəyi, 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında aprelin  15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacaq, 15-16-da arabir leysan xarakterli intensiv olacaq.


Aprelin 15-nə keçən gecədən başlayaraq 17-si gündüzədək şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Избранный
210
25
ekologiya.az

10Источники