RU

Gürcüstan Prezidenti Azərbaycanda: Nələri müzakirə edəcək?

Mixeil Kavelaşvili Gürcüstan Prezidenti kimi ilk xarici səfərinə başlayır.

O, Azərbaycanda səfərdədir.

“Cebheinfo.az” “Exo Kavkaza”-ya istinadən xəbər verir ki, Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin jurnalistlərə verdiyi məlumata görə, səfər çərçivəsində Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlər keçirəcək.

"Bildiyiniz kimi, Azərbaycan Gürcüstanın strateji tərəfdaşı və dost ölkəsidir. İlk səfərin Azərbaycana olması çox vacibdir. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə yüksək səviyyəli görüşlər keçiriləcək. Həmçinin Baş Nazir, Məclisin sədri ilə də görüşlər keçiriləcək. 

İkitərəfli əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə olunacaq, o cümlədən hazırda regional təhlükəsizlik, xüsusilə regional dövlətlər arasında iqtisadi baxımdan yüksək əhəmiyyət kəsb edən layihələr həyata keçiriləcək. bərpaolunan enerji məsələləri və ölkələrimiz arasında həyata keçirilən bir sıra meqalayihələr”, - Pataradze bildirib.Gürcüstan Prezidentinin səfəri aprelin 16-da başa çatacaq.

Избранный
127
30
cebheinfo.az

10Источники