RU

Azərbaycanın boks hakimlərinin beynəlxalq kateqoriyası yüksəldilib

Boks üzrə Azərbaycan hakimləri Anar Nağdıyev, Rövşən Qədirov və Qalib Əbiyev növbəti hakimlik imtahanından uğurla keçib.

Apasport.az xəbər verir ki, ədalət təmsilçilərimizin beynəlxalq kateqoriyası 2 ulduzdan 3 ulduza artırılıb.

Bu nailiyyətə Rövşən Qədirovla Qalib Əbiyev Rumıniyanın Breila şəhərində təşkil olunan “Drakula Open”, Anar Nağdıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində imza atıb. IBA yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onların ulduzunu artırıb.

Bununla da ölkəmizdə 3 ulduzlu hakimlərin sayı 6-ya yüksəlib.  Daha öncə Emil Qurbanəliyev,  Anar Babanlı və Fuad Aslanov da bu kateqoriyaya yüksəliblər.

Qeyd edək ki, Azərbaycan Boks Federasiyası həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərimizin peşəkarlıq səviyyəsinin artması, onların sayının çoxalması istiqamətində işləri davam etdirir.

Böyük İpək Yolu beynəlxalq turnirində 1/4 finalçılar bəlli olub

5 boksçumuz 1/4 finalda

Bakıda Böyük İpək Yolu beynəlxalq turniri keçiriləcək

Yeniyetmə boksçularımız Özbəkistanda hazırlıq keçir

Boksçularımız Gimnaziadada mübarizə aparacaq

Избранный
180
13
apasport.az

10Источники