RU

ABŞ Yəmənə hücum edib, 38 nəfər ölüb

ABŞ-ın Yəmən ərazisinə hava hücumları nəticəsində azı 38 nəfər ölüb, onlarla insan yaralanıb.

Bu barədə yerli kanallar məlumat yayıb.

Məlumata görə, bombardman cümə günü gecə Qırmızı dəniz sahilində yerləşən Ras-İsa limanı neft terminalının yerləşdiyi Əl-Hodeyda əyalətində olub. Qeyd olunur ki, 17 fəhlə və xidmətçi, həmçinin 5 təcili yardım işçisi həlak olub.

Limanda güclü yanğın baş verib, yanğınla mübarizə hələ də davam edir.

Əl-Hodeydanın qubernatoru Abdullah Oteyfi deyib ki, Amerikanın cinayətkar təcavüzü yalnız mülki infrastrukturun obyekti olan Ras-İsa limanına yönəlib. O vurğulayıb ki, ABŞ-ın hərəkətləri Yəmən xalqını Qəzza zolağında fələstinlilərə dəstək verməkdən imtina etməyə məcbur etməyəcək.

Избранный
89
8
anspress.com

10Источники