RU

ABŞ-ın vitse-prezidenti Hindistana gedib

ABŞ-ın vitse-prezidenti J.D.Vens Baş nazir Narendra Modi ilə görüşmək və ikitərəfli ticarət, tariflər, müdafiə sahəsində əməkdaşlıq və geosiyasi məsələləri müzakirə etmək üçün Hindistana səfər edib.

Herbiand.az xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb. Danışıqların əsas mövzuları arasında gözlənildiyi kimi, ABŞ-ın Hindistana tətbiq etdiyi 26 faizlik tariflərin təsirini yumşaltmaq üçün Vaşinqton və Yeni Dehlinin bir neçə həftədir müzakirə etdiyi ikitərəfli ticarət razılaşması olacaq.

ABŞ Hindistanın ən böyük ticarət tərəfdaşıdır. 2024-cü ildə ikitərəfli ticarətin həcmi 129 milyard dollara çatıb. 

“The Economic Times” nəşri səfəri şərh edərkən bildirib ki, səfər zamanı heç bir sazişin imzalanması gözlənilməsə də, iki hökumət böyük müdafiə və ticarət tərəfdaşlığının təməlini qoyula bilər.

Hindistanın  tank əleyhinə “Javelin” raketləri və “Stryker” döyüş maşınlarını alması və birgə istehsal etməsi gözlənilir.

Избранный
271
26
herbiand.az

10Источники