
Tailandın Praçuab Kiri Xan əyaləti sahillərində kiçik təyyarənin dənizə düşməsi nəticəsində 6 polis əməkdaşı həlak olub.
Reyting.az xəbər verir ki, kiçik polis təyyarəsi paraşüt təlimi öncəsi sınaq uçuşu üçün havaya qalxıb.
Yerli vaxtla saat 08:00 radələrində sınaq uçuşu zamanı "DHC-6-400 Twin Otter" model təyyarəsi Hua Hin hava limanı yaxınlığında dənizə düşüb.
Qəza zamanı təyyarədə olan 6 polis məmuru həyatını itirib.
Fotolarda təyyarənin dənizdən təxminən 100 metr aralıda, gövdəsi iki yerə bölünmüş halda görünür.
ELÇİN