RU

Ağ Ev: Tramp Rusiya ilə Ukrayna arasında daimi atəşkəs istəyir

“Donald Tramp Rusiya ilə Ukrayna arasında müvəqqəti deyil, daimi atəşkəsə nail olunmasını istəyir”.

Bizim.Media xəbər verir ki, bunu Ağ evin sözçüsü Kerolayn Livit keçirdiyi brifinq zamanı deyib.

"Prezident açıq şəkildə bildirib ki, ilk növbədə ölümlərin qarşısını almaq, qan tökülməsini dayandırmaq üçün daimi atəşkəs görmək istəyir. O, nikbin olsa da və razılığa gəlməyin mümkünlüyünə inansa da,anlayır ki, hər iki lider çıxış yollarını müzakirə etmək üçün masa arxasına gəlməlidir".

Bizim.Media

Избранный
117
50
bizim.media

10Источники