RU

Cənubi Koreyada prezident seçkilərinin tarixi BƏLLİ OLDU  

Cənubi Koreya hökuməti Yun Sek Yolun impiçmentinin təsdiqlənməsindən sonra iyunun 3-ü tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edib.

Parol.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Han Dok Sunun ofisi məlumat yayıb.

Qeyd edək ki, aprelin 4-də Konstitusiya Məhkəməsi yekdilliklə prezident Yun Sok Yolu hakimiyyətdən kənarlaşdırıb və seçkilər 60 gün ərzində keçirilməlidir.

Aprelin 8-də baş nazirin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. Nazirlər Kabinetinin üzvləri də seçkinin iyunun 3-ü keçirilməsini təsdiqləyiblər.

Избранный
160
2
parol.az

10Источники